UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq
12:39 20 Oktyabr 2017
24 Digər
Ölkə mətbuatı
A- A+

UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırma Mərkəzində 10 ay müddətində tədqiqat aparmağa dəvət edilib. UNEC-dən Lent.az-a verilən məlumata görə, tədqiqatçı “Qlobal bazarda karbohidrogen ehtiyatları (neft və qaz) və onların perspektivləri” (Hydrocarbon resources (oil and gas) in global market and their perspectives) mövzusunu araşdıracaq.

 

Artıq Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırma Mərkəzinin rəsmi internet səhifəsində UNEC alimi N. Hacıyev haqqında məlumat yerləşdirilib.

 

N. Hacıyev Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihə müəllifidir. Onun tədqiqatlarını DAAD, USAID, UNDP, EWMI və Azərbaycan Respublikası Elm Fondu dəstəkləyir. UNEC alimi Yunanıstanda “Neft və Qaz Resurslarının İqtisadiyyatı” mövzusunda mühazirələr oxuyur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR