Premium kinoteatr "CinemaPlus Gənclik Mall"da "Cinemazadeh" studiyasının istehsalı olan "Təhmin və Zaur" filminin premyerası baş tutub.
Milli.Az xəbər verir ki, tədbirdə şou-biznes ulduzları, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları, çoxsaylı KİV nümayəndələri iştirak etmişdilər. Onlar arasında - xalq artistləri, teatr və kino aktyorlar və başqaları da vardı.
Premyera öncəsi filmin yaradıcı kollektivi çoxsaylı qonaqların və jurnalistlər mühasirəsində qırmızı xalça üzərinə keçmişdilər. Daha sonra tədbirin səhnəsində çıxış edən filmin rejissoru Zaur Mirzəzadə bütün yaradıcı kolllektivə minnətdarlığını bildirmişdir. Həmçinin qonaqları "CinemPlus" kinoteatrlar səbəkəsinin baş direktoru Zaur Darabzadə, "CinemPlus" kinoteatrlar səbəkəsinin baş direktor müavini və "Cinemazadeh" studiyasının baş direktoru Cəfər Axundzadə salamlamışdılar.
Bildirilib ki, oktyabrın 19-dan etibarən tamaşaçıların ixtiyarına verilən ekran işi Bakı kinoteatrları ilə yanaşı Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq.
Komediya janrında olan ekran işinin rejissoru Zaur Mirzəzadədir. Filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır.
Film haqqında qısa məlumat: Tənha qadınları aldaraq dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan qəhrəmanımızın başına gözlənilməz və gülməli hadisələr gəlir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində