"Atletiko"da itki: Bakıda zədələnib

"Atletiko"da itki: Bakıda zədələnib
15:17 21 Oktyabr 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi İspaniya La Liqasının IX turu çərçivəsində sabah "Selta"nın qonağı olacaq.

Milli,Az apasport.az-a istinadən xəbər verir ki, madridlilərin heyətlə bağlı problemi var. 

Belə ki, komandanın aparıcı futbolçularından Yannik Karrasko dünənki məşqdə iştirak etməyib. Həkim müayinəsindən sonra belçikalının sol dizində zədə aşkarlanıb. Onun oktyabrın 18-də "Qarabağ"la qarşılaşmanın 72-ci dəqiqədə əvəzlənməsi də məhz dizində ağrılar hiss etməsi ilə əlaqələndirilir. Karraskonun durumu tibbi testlərdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Atletiko" görüşü qolsuz bərabərliklə nəticələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR