Bakıda 2 otaqlı ev yanıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR