Hicablı moda Londonu fəth etdi - VİDEO - FOTO

Hicablı moda Londonu fəth etdi - VİDEO - FOTO
14:27 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Londonda keçirilmiş ilk "London Modest Fashion Festival"da müsəlman xanım modelyerlərin kolleksiyaları nümayiş olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Fəhrin Mir və Sultanə Təfadarın təşəbbüsü ilə hazırlanmış nümayiş böyük maraqla qarşılanıb.

Bu kolleksiyaların Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və Qətərin paytaxtı Dohada da nümayişi nəzərdə tutulub.

Londondakı "Grosvenor House" otelində keçirilmiş moda festivalındakı nümayiş təşkilatçıları, londonlu həkim Fəhrin Mir və vəkil Sultanə Təfadarın dediklərinə görə, məqsəd müsəlman xanımların geyimi ilə bağlı Qərbdəki stereotipləri dağıtmaqdır.

Modellər arasında əslən Somalidən olan 20 yaşlı amerikalı Hamila Aden də vardı.

Keniyadakı qaçqın düşərgəsində doğulmuş Hamilanın 6 yaşı olanda ailəsi ABŞ-a mühacirət edərək Minnesota ştatındakı Sent-Klaud şəhərində yaşamağa başlayıb.

Podiuma jurnalist Məryəm Fransua-Fərrah da çıxmışdı.

Moda ekspertləri kolleksiyaları "hicablı modanın London fəthi" kimi dəyərləndiriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hicablı moda Londonu fəth etdi


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR