Superliqada istefa - Prosineçki Avroliqada yarışan kluba keçir?

Superliqada istefa - Prosineçki Avroliqada yarışan kluba keçir?
18:37 23 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Konyaspor" klubu baş məşqçisi Mustafa Reşit Akçayla yollarını ayırıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə məlumatı Super Liqa təmsilçisinin prezident köməkçisi Ahmet Baydar verib:

Mustafa Reşit Akçayla görüşərək, yollarımızı ayırdıq. Baş məşqçi postuna namizəd mütəxəssislərlə görüşməyə başlamışıq. Ən qısa zamanda yeni baş məşqçi komandanın "sükanı arxasında" olacaq.

"Konyaspor" Super Liqanın son turunda səfərdə "Kayserispor"a 1:2 hesabı ilə məğlub olub. Klub rəhbərliyi bu məğlubiyyətdən sonra Akçayla yolları ayırmaq qərarına gəlib.

Türkiyə mətbuatının iddiasına görə, Avropa Liqasının qrup mərhələsində də mübarizə aparan "Konyaspor"un yeni baş məşqçi namizədləri arasında Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkinin də adı var. Prosineçkinin adı bir müddət əvvəl "Trabzonspor"la da yanaşı hallanmışdı. AFFA ilə müqavilə müddəti bu ilin dekabrında bitəcək xorvat mütəxəssis hazırda yeni iş yeri axtarışındadı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR