Buffon 2017-cİ ilin ən yaxşı qapıçısı seçilib

Buffon 2017-cİ ilin ən yaxşı qapıçısı seçilib
23:27 23 Oktyabr 2017
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı qapıçısı seçilib.
“Report” xəbər verir ki, 39 yaşlı Buffon bu ad uğrunda mübarizədə Keylor Navas ("Real") və Manuel Noyeri ("Bavariya") qabaqlayıb.
Londonda keçirilən mərasim zamanı mükafatı ona "Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyhel təqdim edib.
"Mən bu yaşda sözügedən mükafatı qazandığıma görə fəxr edirəm. Futbol karyeramı fantastik qələbə ilə bitirmək istərdim", — deyə Buffon mərasimdə bildirib.
Buffon bu il "Yuventus"un heyətində İtaliya çempionatı və Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasının finalına qədər yüksələ bilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/buffon-2017-ci-ilin-en-yaxsi-qapicisi-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR