Stiven Hokinq Kembric Universitetinin saytını çökdürdü - FOTOLAR

Stiven Hokinq Kembric Universitetinin saytını çökdürdü - FOTOLAR
13:18 24 Oktyabr 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur astrofizik Stiven Hokinqin 1966-cı ildə yazdığı dissertasiyanın tam versiyası dünya mediasında geniş müzakirə olunub.

Publika.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, S.Hokinqin "Genişlənən kainatın özəlliyi" (Properties of Expanding Universes) adlı elmi işin tam mətnini oxuculara təqdim edən Kembric Universitetinin rəsmi saytı çöküb. Buna səbəb mətni 60 mindən çox istifadəçinin oxumağa cəhd etməsi olub.

75 yaşlı S.Hokinq bununla bağlı BBC ilətəəssüratlarını bölüşüb. O deyib ki, təkcə özünün deyil, bütün elmi və dünyəvi məsələləri əhatə edən yazılar insanlar üçün əlçatan olmalıdır:

"134 səhifəlik elmi işi oxumağa həvəs göstərən bütün insanlara təşəkkür edirəm. Fizika və kosmologiya ilə maraqlananların sayının artması məni sevindirir. Ümid edirəm, hazırda giriş bağlandığı üçün məyus olmayıblar. Bu problem qısa zamanda bərpa ediləcək".

Buna qədər isə 24 yaşında yazdığı elmi işi oxumaq üçün insanlar Kembric Universitetinin kitabxanasına getməli idilər. Orada isə 134 səhifəlik dissertasiyanın surətini 86 dollara dərc edirdilər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/218156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR