Maliyyə Nazirliyi: Hələ də sığorta agentlərinə müəyyən güzəştlərin edilməsi hallarına rast gəlinir

09:57 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 10:44 ]


Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycanda 950-dən çox sığorta agenti fəaliyyət göstərir.

 

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu”nda Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) Lisenziyalaşdırma, ərizə və şikayətlərə baxılması şöbəsinin rəisi Mahir Abdullayev deyib.

 

Şöbə rəisinin sözlərinə görə, sığorta agentlərindən 60-ı hüquqi, 896-nı fiziki şəxslər təşkil edir.

 

M. Abdullayev bildirib ki, fiziki və hüquqi şəxslərin sığorta agenti kimi fəaliyyət göstərməsi ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət qoyulmayıb.

 

Nazirlik rəsmisi sığorta agentlərinin fəaliyyətində yol verdikləri nöqsanlardan da danışıb. “Azərbaycanın sığorta qanunvericiliyində sığorta agentlərinə güzəştlər ləğv edilib. Təəssüf ki, hələ də sığorta şirkətləri tərəfindən müəyyən güzəştlərin edilməsi hallarına rast gəlinir”,  - deyə M. Abdullayev vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR