"Doğuş və Xoşqədəmin uşağı olmasını istəyirəm"

"Doğuş və Xoşqədəmin uşağı olmasını istəyirəm"
11:56 6 Aprel 2015
1193 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı aparıcı ilə ailə quran tanınmış müğənni Doğuş ata olmaq arzusundadır. ANS PRESS-in məlumatına görə, ifaçı ANS-də yayımlanan "A-dan Z-yə" şousunun qonağı olub.

Verilişdə Doguş, anası və həyat yoldaşı-tanınmış teleaparıcı Xoşqədəm Hidayyətqızı bir-birindən maraqlı açıqlamalar veriblər.

Gəlininin ev işləri görməsi, gəlin-qaynana münasibətləri ilə bağlı suallara Doguşun anası çox maraqlı cavab verib. "Bu gün onun əl qabiliyyətini daha çox bəyəndim. Axşam gec gəlir səhər tezdən gedir" deyən qadın nəvəsinin dünyaya gəlməsini arzu etdiyini də gizlətməyib.
"Bir uşaqları da olsa çox gözəl olar. Mənim 6 nəvəm var. İstəyirəm buların da övladı olsun, məni növbəti dəfə nənə etsinlər".

X.Hidayyətqızının da həyat yoldaşı ilə bağlı açıqlamaları marağa səbəb olub. "Biz tədbirdə tanış olduq dost idik, sonra evlilik təklifi edildi. Mən onu bir az süründürdüm. Dərhal "hə" demədim. Heç vaxt xeyalıma gəlməyən bir şey idi. Qısqancam, amma Doguşu qısqanmıram. Onun elə bir hərəkəti yoxduki qısqanım. Və heç vaxtda qısqanmaram bilirəm ki, o yüzlərlə insanın içərsində olsada o yalnız məni görür məni sevir. Eşitdiyimə görə hələ də çoxlu suallar verirlərki "onlar birlikdə yaşayırlar?" Şoka düşürəm ki, bu qədər hadisədən sonra hələ də inanmayanlar var. İnanmırlarsa nə deyə bilərəm. Bir yerdəyik və bir birimizə söz vermişik hər zaman bir yerdə olacağıq".

Tanınmış aparıcı Doguşla uşaq sahibi olmaları ilə bağlı məsələyə də açıqlaması ilə son qoydu. Onun sözlərinə görə, Doğuş hər zaman övladı olmasından, onun yaşadığı əzabvları yaşamasından, uşaq evində böyüməsindən qorxub. "Deyir ki, amma səninlə evlənəndən sonra istəyirəmki bizim övladımız olsun. Çünki bilirəm ki, mən olmasamda sən ona sahib çıxacaqsan və əsil ana olacaqsan".

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=336106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR