Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlasqələr şöbəsindən “Report”a verilən məlumata görə, iclas ARDNF-in hasilat sənayesində şəffaflığa dair 2016-cı il üzrə hesabatının təkmilləşdirilməsi və yekunlaşdırılması məqsədi ilə keçirilib.
İclas zamanı İşçi Qrupunun üzvləri 2016-cı il üzrə HSŞ hesabatını ətraflı müzakirə edib, növbəti il üzrə HSŞ hesabatının təkmilləşdirilməsi ilə bağlı təkliflər veriblər.