"Bu insanların gələcəyi fiaskoya uğrayıb"

"Bu insanların gələcəyi fiaskoya uğrayıb"
13:57 6 Aprel 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

“Cəmil Həsənli AXCP-də sevilən şəxs deyil. Çünki o, Əli Kərimli, AXCP, hətta Əbülfəz Elçibəyə də xəyanət edən adamdır”. Milli.Az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

Onun sözlərinə görə, artıq AXCP daxilində də parçalanmalar və rəhbərliyə inamsızlıq yaranıb: “Cəmil Həsənli həm ulu öndər Heydər Əliyevin, həm Əbülfəz Elçibəyin, həm də ümumiyyətlə bu hakimiyyətin nə vaxtsa ona verdiyi dəyəri itirən adam olub. O, sadəcə bu gün xalq tərəfindən mandata layiq görülməyib deyə birdən-birə çevrilərək radikal müxalifətçi olub. Əslində isə bu şəxsin bütün həyatı saxtadır. İllər boyu eyni yolu gedən adamların Cəmil Həsənlini qəbul etməməsi də çox düzgün addımdır. Çünki həmin şəxslərə onun əsl məqsədləri bəllidir. Partiya daxilində baş verən hadisələrə gəlincə isə artıq AXCP gəncləri rəhbərliyə qarşı çıxmaqdadırlar. Bu tendensiya bir müddət əvvəl Müsavatda baş qaldırmışdı, amma hazırda AXCP-də də bu hadisələrin şahidi oluruq. Bunun səbəbi də 20 ildən bəri gələn uğursuzluqla bağlıdır.

25 il ərzində müxalifətdə qalıb millətə nağıl danışmaq, əlbəttə ki, həmin gəncləri də ruhdan salıb. Dünən keçirilən mitinq də bu söylədiklərimizin ən bariz sübutlarından biridir. Təsəvvür edin ki, aparılan təbliğatlara baxmayaraq, son nəticədə aksiyaya 500-600 insan güclə toplaşır. Buna görə də bu insanların mitinqi də, gələcəyi də sözün əsl mənasında fiaskoya uğrayıb”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR