Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhün və sabitliyin təmin olunmasına maneə törədir. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı münaqişənin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllində daha fəal olmalıdır.

Milli.Az xəbər verir ki, bunu Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.

Kiyevdə beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığa çağırdılar

F.Muradov bildirib ki, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqi artırmalıdır: "Münaqişənin sülh yolu ilə həllində irəliləyiş olan kimi Ermənistan hakimiyyəti təxribatlara əl atır. Bu isə münaqişənin sülh yolu ilə həllinə mənfi təsir edir".

Nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapa biləcəyini vurğulayıb.

Kiyevdə beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığa çağırdılar

O bildirib edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və dünya birliyi beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olmalıdır.

Kiyevdə beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığa çağırdılar

Azərbaycan nümayəndə heyətinin digər üzvü Fərəc Quliyev isə çıxış edərək Avronest PA-nı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması üçün Ermənistana təzyiqləri artırmağa çağırıb.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində