"Təbii və texnogen fəlakətlər kimi qaçılmaz qlobal təhlükələrə qarşı effektiv mübarizə mümkündürsə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu sahədə bütün təşəbbüslərə qoşulmağa hazırdır".
Bunu fövqəladə hallar naziri, general - polkovnik Kəmaləddin
Heydərov "Xəzər - 2017" beynəlxalq kompleks təlimi ilə bağlı
keçirilmiş müşavirədə deyib.
"Bu gün təlimdə nümayiş olunan texnikalar Azərbaycan prezidenti
cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə alınaraq, cəmi 11
il öncə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeliyinə
verilib. Məhz bunların nəticəsində bu illər ərzində baş vermiş
təbii fəlakətlərdə heç bir insan itkisi olmayıb. Düzdür, böyük
sellər, zəlzələlər nəticəsində ölkədə dağılmış evlər, məhv olmuş
ərazilər qeydə alınıb, amma bütün bu texnikaların sayəsində və
Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bilik və bacarıqları
hesabına insan tələfatı olmayıb", - deyə nazir qeyd edib. (apa)