Hollivudda məşhurlarla bağlı yayılan təcavüz iddiaları, əxlaqsızlıqla üzləşən qadın siyasətçiləri də ilhamlandırıb.
Milli.Az The Independent-ə istinadla xəbər verir ki, Britaniyada "Labour" partiyasının üzvü konfransda qadına qarşı əxlaqsızlıq etməkdə günahlandırılır.
İddialara görə, partiyanın illik hesabatı ilə bağlı keçirilən konfrans zamanı tədbirə qatılan qadınlardan biri Clive Lewis-in (Klayv Luis) əxlaqsızlığı ilə üzləşib. Belə ki, qadın Klayvla görüşən zaman o, qadını qucaqlayıb və arxasına toxunub.
Həmin partiyanın üzvü olan qadın iddia edir ki, hadisə təklikdə deyil, digər siyasətçilərin gözü qarşısında olub.
Klayv Luis iddialarla bağlı açıqlama verib. O, deyilənləri təkzib edib.
"Haqqımda deyilənlər tamamilə yalandır. Qadın məni qucaqlayıb, mən də onu qucaqlamışam. Mən kimsəyə qarşı əxlaqsızlıq etməmişəm.
Partyanın sözcüsü isə bildirib ki, iddialarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Klayv Luis bir müddət əvvəl konfrans zamanı söyüş söymüşdü. Həmin anın səs yazısı yayılandan sonra o, buna görə dəfələrlə üzr istəmişdi.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində