Xəzər TV-nin "5/5" proqramının aparıcısı Zaur Kamal 5000 AZN-dən mərcə girib.

Metbuat.az xəbər verir ki, aparıcı hər verilişinə gələn qonağın çəkisini ölçür. Bu dəfə qonaqları müğənnilər, əməkdar artist Nüşabə Ələsgərli və Dağıstan Respublikasının xalq artisti Ədalət Şükürov olub. Aparıcının tərəzisi hər iki həmkarın çəkisini 90 kq göstərib. N.Ələsgərli buna etiraz edib:

“Mənim heç vaxt 90 kq çəkim olmayıb. Həm də son günlər arıqlamışam. Əvvəl 76 idim, indi 72 kilo olmuşam. Zaur, sənin tərəzin səhv çəkir. Gəl mərcə girək”.

Bundan sonra onlar 5000 AZN-dən mərcə giriblər. N.Ələsgərli öz çəkisini evdəki tərəzidə çəkib, videosunu aparıcıya göndərdikdən sonra mərci kimin udduğu bilinəcək.