[ 06 Aprel 2015 19:07 ]
Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin Konya şəhərində şagirdləri daşıyan avtobusla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb.
APA-nın “Milliyet” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə zamanı 11 nəfər yaralanıb.
Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.