ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) uşaq pornoqrafiyasını yayanların axtarışı üzrə əməliyyat çərçivəsində bir sıra ölkələrdə, həmçinin Rusiya, İran və Çində kompüterləri qırıb.

Publika.az xəbər verir ki, bu haqda “Daily Beast” nəşri bildirib.

Nəşr araşdırma çərçivəsində 2015-ci ildə məhkəmənin dərc etdiyi materiallara istinad edib. Uşaq pornoqrafiyasını yayan cinayətkarların axtarışı əməliyyatın hədəfi idi. Materiallarda deyilir ki, FTB məhz hansı ölkədə cinayətkarların axtarılmalı olduğunu bilmir və kompüterləri “kor-koranə” qırırdı.

Məlumata görə, FTB-nin əməkdaşları ümumilikdə 120 ölkədə 8 mindən çox kompüteri qırıb.