Poroşenko: Daha 16 Ukraynalı hərbçi əsirlikdən azad edilib

Poroşenko: Daha 16 Ukraynalı hərbçi əsirlikdən azad edilib
00:47 7 Aprel 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Ukrayna prezindenti Pyotr Poroşenko Donbas regionuna qismən nəzarət edən Rusyapərəst separatçılarla aparılan danışıqlar nəticəsində daha 16 Ukraynalı hərbçinin azad edildiyini bildirib.
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Poroşenko deyib ki, rəsmi Kiyev hər bir Ukraynalının taleyi uğrunda mübarizəyə hazırdır.
"Hərbçilərimiz avtobusa mindirilib və Kramatorsk şəhəri istiqamətində aparılır", deyə prezident xəbər verib.
Bu arada, separatçılar əsir götürdükləri bütün Ukrayna əsgərlərini Kiyev rəsmilərinə təhvil verdiklərini və beləliklə razılaşmalara tam əməl etdiklərini bildiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/porosenko-daha-16-ukraynali-herbci-esirlikden-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR