Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi ilə bağlı təlimlər keçiriləcək

Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi ilə bağlı təlimlər keçiriləcək
10:28 7 Aprel 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyi Mingəçevir və Yevlax şəhərlərində “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” layihəsinin icrasına start verib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas mövzusu “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi”dir.
Təlimlərdən məqsəd gənclərdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün ictimai tərbiyə işinin səmərəliliyini yüksəltmək, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclerde_vetenperverlik_ve_vetendasliq_hisslerinin_guclendirilmesi_ile_bagli_telimler_kechirilecek-844113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR