İlkin Həsəni: "Başqa reaksiya gördüm"

İlkin Həsəni: "Başqa reaksiya gördüm"
11:12 7 Aprel 2015
96 Şou
Ölkə mətbuatı
A- A+

“Hazırda ölkəmizdə çoxlu filmlər çəkilir. Hamısı da komediya janrındadır. Çünki bu tərz ekran işlərinə çox pul sərf olunmur. Tamaşaçını yalnız güldürmək kifayətdir, o da alınır”.

Bu sözləri Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı İlkin Həsəni deyib. O, “Ay Brilliant” filmindən, tənqidlərdən və təriflərdən bəhs edib:
 
“Tənqidlər də, təriflər də eşitdim. Aralarında süni təriflər də var idi. Müxtəlif fikirlər oldu: rejissor işi yaxşı deyildi, süjet darıxdırıcı idi. Ən dəhşətlisi odur ki, insanlar büdcəsi 60-100 min olan filmlə milyonluq ekran işlərini müqayisə edirlər. Hollivud da bu cür kiçik büdcə ilə başlayıb. İnsanlara demək istəyirəm: baltalamaqdansa, bizə dəstək olun".
 
İ.Həsəni daha bir film ərsəyə gətirəcəklərindən xəbər verib:
 
“Bütün tənqidləri toplayıb, nəticə çıxartdım. İkinci böyük filmimizdə bu səhvləri etməyəcəyik. Artıq tamaşaçının nə istədiyini bilirəm. İnsanların güləcəyini düşündüyüm epizoda başqa reaksiya gördüm. Tamaşaçı maraqlı, heç bir ekran işinə bənzəməyən ssenari istəyir. Bu isə mümkünsüzdür. Bizə kreativ düşüncəsi olan rejissor, sonda isə avadanlıq lazımdır. Bir də Azərbaycanda ssenarist qıtlığı var. Çünki bütün filmlərin üzərində eyni komanda çalışır. Ona görə də ekran işləri bir-birinə bənzəyir. İkinci filmimiz də komediya janrında olacaq. Amma burada “Bozbash pictures” obrazları kimi yox, fərqli formada görünəcəyik”.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR