Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya işgüzar səfərə gedib. İsrail öz təhlükəsizliyi üçün Suriyaya müdaxilə edəcəyini bəyan edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ailələri girov saxlanılan şəxslərə müxtəlif ölkələrdə kamikadze olmaq şərtini irəli sürüb. ABŞ Konqresinin Nümayəndələr Palatası təhlükəsizlik sahəsində yardım üçün Ukraynaya 350 milyon dolların verilməsi barədə qərarı qəbul edib. Zimbabvedə hərbi çevriliş baş verib.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı və onun Moskvada ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı müzakirə olunacaq:

"Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlər danışıqlar masasındadır. Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Biz istəyirik ki, danışıqlar sadəcə danışıqlar xatirinə aparılmasın".

Noyabrın 13-də Soçidə baş tutan Ərdoğan-Putin görüşündən dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfər edəcəyi haqda informasiyasının ortaya çıxması Ermənistanda narahatlığa səbəb olub.

Lavrovun noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfər edəcəyi deyilir.

Rusiya baş diplomatının səfərində iki nüansın mümkünlüyü ehtimal edilir:

1. Lavrov münaqişənin nizama salınması üzrə yeni Qarabağ planını gətirəcək.

2. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə çalışacaq.

İkinci nüans sıradan diplomatik gediş kimi görünür. Xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün Lavrovun hər iki paytaxta səfərinə ehtiyac yoxdur və belə bir görüş diplomatik kanallar vasitəsilə də asanlıqla müzakirə edilə bilər. Ermənistanda narahatlıq yaradan məqam da məhz Lavrovun yeni planla gəlişidir.

İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI, cəbhəboyu HÜCUM… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI: Lavrovun Bakı səfərinin İKİ SİRRİ