Fransadakı terrorda şübhəli bilinən şəxslər şəhid kimi ölmək istədiklərini bəyan ediblər

Fransadakı terrorda şübhəli bilinən şəxslər şəhid kimi ölmək istədiklərini bəyan ediblər
16:57 9 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

“Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən Səid Şərif Kuaşi qardaşları şəhid kimi ölmək istədiklərini bəyan ediblər.

APA-nın məlumatına görə, bunu “iTele” telekanalının efirində Paris regionunun Sena və Marna departamentindən Fransa Milli Assambleyasına deputat seçilən İv Albarello deyib.

O bildirib ki, Kuaşi qardaşları bunu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar zamanı bəyan ediblər.

Hazırda onların həbsi məqsədi ilə Dammarten-an-Qoel şəhərində xüsusi əməliyyat keçirilir. CDT mətbəəsinin binasında olan qardaşlar polis tərəfindən mühasirəyə alınıblar. Onların bir nəfəri girov götürdükləri bildirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR