Bakı Zooparkında qış hazırlığı yekunlaşıb. Qəfəslərə istilik sistemləri quraşdırılıb.
Heyvanların qidalarında da dəyişiklik edilib.
Milli.Az bildirir ki, zooparkda meymunun qəfəsində kombi quraşdırılıb.
İsti sevən heyvanların qəfəslərinə istilik sistemi quraşdırılıb. Soyuğa davamlı heyvanların həyat tərzi isə dəyişməz qalır. Meymunların qəfəsi kombi, digər heyvanlarınkı isə əlavə vəsaitlərlə qızdırılır.
Artıq istilik sistemləri işə salınıb.
Zooparkın direktoru Azər Həseynov deyir ki, qışa əsas hazırlıqlardan biri də yem tədarüküdür. Qış rejimi ilə əlaqədar heyvanların qidalarında da dəyişiklik edilib. Yırtıcılara verilən ətin həcmi artırılıb.
Zooparka yeni heyvanlar da gətirilib. Heyvanat parkının direktoru deyir ki, həmin heyvanlar artıq zooparkın şəraitinə uyğunlaşıb. Havaların soyumasına baxmayaraq, heyvanat parkına gələnlər az deyil.
Hazırda Bakı Zooparkında 150 növə aid 1200 başdan çox heyvan və quş saxlanılır. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
