Azərbaycan şirkəti Ruandanın bank sektorunda İKT həlləri üzrə tenderdə iştirak edir

Azərbaycan şirkəti Ruandanın bank sektorunda İKT həlləri üzrə tenderdə iştirak edir
12:23 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanın aparıcı informasiya texnologiyaları şirkətlərindən biri olan “Sinam” Afrikanın İnformasiya Kommunikasiya Texnologiyaları bazarında da öz fəaliyyətini genişləndirməkdədir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Ruanda Milli Bankı tərəfindən keçirilən “Müəssisənin verilənlər anbarının yaradılması və Biznes Analitika sistemlərinin təchizatı, quraşdırılması və işə salınması” tenderində Ruandanın yerli şirkətlərindən biri ilə konsorsiumda iştirak edir. Şirkət bu layihə üçün öz təklifini artıq təqdim etmişdir. Tenderdə “Sinam”dan başqa dünyada tanınmış 5 digər informasiya texnologiyaları şirkəti də iştirak edir. Hazırda təkliflər qiymətləndirilmə mərhələsindədir.
Qeyd edək ki, “Sinam” Azərbaycanda və Orta Asiyada uzun illərdir uğurlu fəaliyyət göstərməkdədir. Şirkət informasiya-kommunikasiya texnologiyaları (İKT) həlləri, xüsusilə də bank həlləri üzrə zəngin təcrübəyə malikdir. “Sinam” Azərbaycan Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Qırğızıstanın Dövlət Vergi Xidməti üçün verilənlər anbarlarının yaradılması, Biznes Analitika həllərinin təchizatı, inteqrasiyası üzrə bir sıra layihələri uğurla həyata keçirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sirketi_Ruandanin_bank_sektorunda_IKT_helleri_uzre_tenderde_istirak_edir-844168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR