Rusiya Türkiyədən gətirilən çiçəkləri geri göndərib

12:52 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamasında Türkiyədən təyyarə ilə Krasnodar şəhərinə gətirilən 32 min ədəd çiçəyi nəzarət etdiklərini və qeyri-sağlam olduqlarına görə ölkəyə girişinə icazə vermədiklərini bildirən Rusiya Federal Bitki Qoruma və Karantin Xidmətinin sədrinin sözcüsü Aleksey Alekseyenko deyib: “Laboratoriya mühitində aparılan araşdırmada çiçəklərdə təhlükəli həşaratlardan sayılan qərb çiçək trips müəyyən edilib. Bu səbəblə 32 min ədəd çiçəyin Türkiyəyə geri göndərilməsinə qərar verdik”.
Qeyd edək ki, son aylar ərzində Rusiya bir neçə dəfə Türkiyədən idxal olunan bir sıra məhsulları müxtəlif səbəblərdən geri göndərib.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/rusiya-turkiyeden-getirilen-cicekleri-geri-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR