Şənbə günü "Oyan Azərbaycan" başlayar başlamaz, verilişin aparıcısı Firuzə Cəlilova "Ümumdünya Şoppinq günü"nü qeyd etdi. Günün tarixçəsi 2009-cu ildə ən böyük İnternet mağazalarından birinin "Ümumdünya Şoppinq günü" adlı 50 faizlik endirim aksiyası keçirməsi ilə başlayıb. Müxbirlər Vasif Həsənov və Sevinc Şirinova isə 160 rubrikasında biri birilərinə stilistlik etdilər. "Balalar bilirmi?" rubrikasında Kafiyə Oruc balalar ilə birgə vulkanın necə püskürdüyünü öyrəndi. "İş verən" Tapdıq Həsənov ənənəsinə sadiq qalaraq bu dəfə də 92-46 nömrəsinə "İş verən" yazan işsizləri iş ilə təmin etdi. Hər kəsi işə salan Vasif Həsənov isə "İşə düşdük" rubrikasında insanlara lətifə danışdırdı. 11 noyabrın həmçinin Mingəçevirin şəhər statusu aldığı gün olduğunu nəzərə alan Firuzə Cəlilova Mingəçevirdə doğulub böyümüş Liderlik üzrə təlimçi Şəms Mustafayevanı Mingəçevir gəncləri haqda sorğu sual etdi. 11 noyabr Çin dövləti üçün də əlamətdar gündür. Çünki həmin gün Çində "Subaylar günü" qeyd olunur. Günün yaranma tarixi isə heç də ürək açan deyil. Belə ki, Çində əhali sayı durmadan artdığı üçün Çin dövləti bir uşaqdan artıq uşaq olmasını qadağan edib. Doğulacaq o bir uşağın oğlan uşağı olmasını istəyən ailələr qız övladını elə ana bətnindəcə həlak edirlər. Əhali sayından kişi sayı qadınları üstələdiyi üçün Çində subay kişilərin sayı da çoxdur. Jurnalist Kafiyə Orucova buna da diqqətsiz qala bilməyərək sujetində qız övladların təlafina yox dedi.
"Oyan Azərbaycan" verilişinin bazar günü buraxılışı isə 12 noyabr "Konstitusiya günü"nə təsadüf edirdi. Verilişi xalq artisti Fidan Hacıyeva və əməkdar artist Zaur Əmiraslanov hərbi və vətənpərvər mahnıları ilə daha da maraqlı etdilər. Veriliş boyu Konstitusiyanın maddələrindən sitat gətirən aparıcı-jurnalist Firuzə Cəlilova tamaşaçılara Konstitusiyanı bir daha xatırlatdı. Şamaxıya "Gənclər Parlamentin"nə gedən Həmid Mahmudov isə bu dəfə də maraqlı məlumatlar dolu süjetini təqdim etdi. 12 noyabrın həmçinin "Ümumdünya Görmə məhdudiyyətlilərin günü!" olduğunu nəzərə alan araşdırmaçı Sevinc Şirinova bu dəfə də görmə məhdudiyyəti olanların əlifbası olan Brayl əlifbası haqda süjetini təqdim etdi. 1:0 yarışında velosiped sürmə yarışına çıxan Nuranə Həmidova velosipedi atıb qaçaraq onu ötməyə çalışan Fəxrəddin Qurbanova qalib gəldi. Hər zaman yuxu görən Səid Qurbanov isə bu dəfə yuxuda Böyük Vətən müharibəsinə qayıdaraq dostları ilə birgə Bunkerə düşdülər.
İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az