Bütün dünyada səyahətçilərin təhlükəsizliyi və tibbi yardımı ilə məşğul olan "SOS International" beynəlxalq təşkilatı 2018-ci ildə turistlər üçün ən təhlükəli ölkələrin siyahısını hazırlayıb.
Ən təhlükəli ölkələr Suriya, Liviya, Yəmən, Somali, Mərkəzi
Afrika Respublikası, İraq, Əfqanıstan, Qvineya-Bisau və Burundi
hesab olunub.
Eyni zamanda, təşkilat turistlər üçün ən təhlükəsiz ölkələrin
adlarını açıqlayıb.
Siyahıya əsasən, Norveç, Danimarka, Finlandiya, İslandiya, İsveçrə,
Sloveniya və Lüksemburq turizm baxımından ən təhlükəsiz ölkələr
hesab olunub. (Trend)