Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu baş tutacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ardıcıl 5 qarşılaşması 1:1 hesabı ilə başa çatan "Zirə" ilə "Keşlə" yubiley - 10-cu paytaxt derbisinə çıxacaq. Evdə oynayacaq sonuncular uğursuzluq zolağında çıxmaq iddiasındadır.
Ardıcıl 5 oyunda xal qazana bilməyən keşləlilər sonuncu pilləyə yuvarlanmaq təhlükəsi ilə üzləşibsə, qələbə seriyasını 3-ə yüksəltməyə çalışan "Zirə" zirvə üçün döyüşür.
Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan "Kəpəz"lə "Səbail"in Gəncədəki dueli son pillədən qurtulmaq uğrunda döyüş hesab olunur.
Premyer Liqa XII tur
18 noyabr (şənbə)
13:00. "Keşlə" - "Zirə"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena"
15:00. "Kəpəz" - "Səbail"
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu
|
1 |
Qarabağ |
11 |
9 |
1 |
1 |
19-4 |
28 |
|
2 |
Zirə |
11 |
7 |
3 |
1 |
19-8 |
24 |
|
3 |
Qəbələ |
11 |
7 |
1 |
3 |
16-11 |
22 |
|
4 |
Sumqayıt |
12 |
5 |
1 |
6 |
14-17 |
16 |
|
5 |
Neftçi |
11 |
4 |
1 |
6 |
12-11 |
13 |
|
6 |
Səbail |
10 |
3 |
0 |
7 |
6-16 |
9 |
|
7 |
Keşlə |
11 |
2 |
2 |
7 |
8-17 |
8 |
|
8 |
Kəpəz |
11 |
2 |
1 |
8 |
7-17 |
7 |
Bombardirlər: Mahir Mədətov ("Qarabağ"), Baqali Dabo ("Qəbələ"), Amil Yunanov ("Sumqayıt"), Riçard Qadze ("Zirə") - 5 qol
Milli.Az