UEFA qızıl "11"liyi açıqladı

UEFA qızıl "11"liyi açıqladı
17:32 9 Yanvar 2015
187 İdman
Ölkə mətbuatı
A- A+

UEFA geridə qalan 2014-cü ilin ən yaxşı "11"liyini açıqlayıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, rəmzi komandada ən çox "Bavariya" klubunun futbolçuları yer alıb.
 
Münhen təmsilçisinin 4 futbolçusu ilin ən yaxşıları sırasına düşməyi bacarıb. Çempionlar Liqasının son qalibi "Real" (Madrid) klubu 3, "Barselona", "Atletiko" (Madrid), "Mançester Yunayted" və PSJ hərəyə 1 oyunçu ilə təmsil olunub.
 
Qeyd edək ki, namizədlər sırasında Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan olsa da, təcrübəli futbolçu lazımi səs faizini toplaya bilməyib.

Qapıçı: Manuel Noyer (Almaniya, "Bavariya")
Müdafiəçilər: Serxio Ramos (İspaniya, "Real", Madrid), Filip Lam (Almaniya, "Bavariya"), David Alaba (Avstriya, "Bavariya"), Dieqo Qodin (Uruqvay, "Atletiko", Madrid)
Yarımmüdafiəçilər: Aryen Robben (Hollandiya, "Bavariya"), Anxel di Mariya (Argentina, "Mançester Yunayted"), Toni Kroos (Almaniya, "Real", Madrid)
Hücumçular: Kriştianu Ronaldu (Portuqaliya, "Real", Madrid), Lionel Messi (Argentina, "Barselona"), Zlatan İbrahimoviç (İsveç, PSJ)

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR