Sabah qazsız qalacaq yaşayış məntəqələri

Sabah qazsız qalacaq yaşayış məntəqələri
16:27 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, aprelin 8-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zirə-3”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq” və “Tərtər” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında, Qazax Magistral qaz kəmərləri sahəsinin “Alabaşlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Cəlilabad”, “Sabirabad”, “Saatlı” və “İmişli” Qazpaylama stansiyalarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Cəlilabad şəhəri və Uzuntəpə kəndinin, Ağdam rayonunun Kətəlparaq kəndi və “Dördyol” qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, Sabirabad, Saatlı, İmişli, Bərdə və Tərtər rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR