Milli Məclisin komitə sədri həkimlərin maaşının artırılmasını təklif edib

Milli Məclisin komitə sədri həkimlərin maaşının artırılmasını təklif edib
13:07 22 Noyabr 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ “Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri aşağıdır. Həkimlərin maaşının da aşağı olması inşa olunan xəstəxanaların inkişafına, işləməsinə mane olur”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, əhalinin artımı nəzərə alınaraq səhiyyə xərcləri artırılmalıdır: “Bunu stabil saxlasaq və ya azaltsaq, problemlər olacaq”.
Komitə sədri bildirib ki, onkoloji preparatların alınması üçün vəsaitlər ayrılır, lakin həmin preparatlar çox bahalıdır: “Bədxassəli şişlərin müalicəsi üçün də əlavə vəsait ayrılmalıdır. Nəzərdə tutulan vəsait azdır”.


Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/milli-meclisin-komite-sedri-hekimlerin-maasinin-artirilmasini-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR