Boliviyada 6 neft ölkəsi qeyri-rəsmi görüş keçirəcək

Boliviyada 6 neft ölkəsi qeyri-rəsmi görüş keçirəcək
14:27 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Noyabrın 30-da Vyanada keçiriləcək OPEC+ sammitinə 1 həftə qalmış 6 neft ölkəsi Boliviyanın Santa-Kruz şəhərində qeyri-rəsmi iclas keçirəcək. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Venesuelanın neft naziri Euloxio del Pino verib. Nazir bildirib ki, noyabrın 23-24-də Santa-Kruzda Venesuela, Əlcəzair, İran, Qətər, Qvineya və Rusiya rəsmiləri toplanacaq.
Bu görüşdə veriləcək açıqlamaların 30 noyabr Vyana sammiti üçün xüsusi əhəmiyyət daşıyacağı bildirilir. "Bloomberg" agentliyinin 36 ekspert arasında apardığı sorğu nəticəsində məlum olub ki, onların hamısı Vyana sammitində OPEC+ anlaşmasının uzadılacağını gözləyir. Ekspertlər əsasən anlaşmanın 9 ay uzadılacağını proqnozlaşdırırlar. Nəticədə, bazar gözləntiləri risk yaratmağa başlayıb. Belə ki, anlaşma daha az müddətə uzadılarsa, onun neft bazarına mənfi təsiri yarana bilər.
İkinci risk isə S.Ərəbistanının  energetika naziri Xalid əl-Falihin mütləq 30 noyabr sammitində anlaşmanın uzadılması barədə söz verməsidir. Ekspertlər cari anlaşmanın müddətinin bitməsinə 4 ay qaldığını, bu vaxta qədər bazar konyunkturunun gözdən keçirilərək qərar verilməsini doğru hesab ediblər. Rusiya isə öz növbəsində anlaşmanın uzadılması ilə bağlı qərar verməyin tez olduğunu qeyri-rəsmi şəkildə bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/boliviyada-6-neft-olkesi-qeyri-resmi-gorus-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR