Qaradağda birinci Avropa Oyunlarına hazırlıq işləri davam edir

Qaradağda birinci Avropa Oyunlarına hazırlıq işləri davam edir
20:08 7 Aprel 2015
75 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Birinci Avropa Oyunlarına vaxt azaldıqca hazırlıq işlərinin miqyası daha da genişlənir. Bununla əlaqədar paytaxtın ən böyük rayonu Qaradağda da tədbirlər davam etdirilir. Bu məqsədlə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən sərəncam verilib və tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, görülən işlər nəticəsində rayon ərazisindən keçən dairəvi yol ətrafında böyük bir sahədə abadlıq işləri aparılıb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib. Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədilə Eldar şamı, zeytun, liandra, tuya və bir sıra dekorativ gül kolları və ağaclar əkilib, süni ot örtüyü salınıb. Hazırlıq işləri davam etdirilir.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradagda_birinci_Avropa_Oyunlarina_hazirliq_isleri_davam_edir-844399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR