​ÜST: Ebola virusuna yoluxanların sayı 25,5 mindən çoxdur

​ÜST: Ebola virusuna yoluxanların sayı 25,5 mindən çoxdur
20:32 7 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Dünyanın Ebola virusundan ən çox ziyan çəkmiş üç ölkəsində 25,5 mindən çox insan ölümcül virusun qurbanıdır. Bu ölkələr Qvineya, Liberiya və Syerra-Leonedir.
"Report" "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.
Aprelin 7-nə olan statistik məlumata görə, hazırda üç Afrika ölkəsində 25 516 nəfər virus daşıyıcısıdır. Ebola virusundan 10 573 nəfər dünyasını dəyişib.
Ən çox yoluxma faktı (12 139) Syerra-Leonedə qeydə alınıb, ən çox ölüm isə Liberiyanın payına düşüb (4 408).

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ust-ebola-virusuna-yoluxanlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR