UEFA 11-liyi açıqladı

UEFA 11-liyi açıqladı
18:23 9 Yanvar 2015
196 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

UEFA 2014-cü ilin ən yaxşı 11 futbolçusunun seçilməsi üzrə səsvermənin nəticələrini açıqlayıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, UEFA seçim etmək üçün 14 klub və 19 ölkədən 40 futbolçudan ibarət siyahı təqdim etmişdi.

Ən yaxşı futbolçuların 4-ü "Bavariya", 3-ü isə Madrid "Real"ının üzvüdür.

11-lik aşağıdakı kimidir: qapıçı - Manuel Noyer; müdafiəçilər - Serxio Ramos, Filip Lam, Diyeqo Qodin, David Alaba; yarımmüdafiçilər - Aryen Robben, Toni Kros, Di Mariya; hücumçular Lionel Messi, Zlatan İbrahimoviç, Kriştiano Ronaldo.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2351550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR