Robbi Uilyamsın səfəri etirazla qarşılandı (FOTO)

Robbi Uilyamsın səfəri etirazla qarşılandı (FOTO)
03:16 8 Aprel 2015
29 Şou
Ölkə mətbuatı
A- A+

İngilis pop ulduzu Robbi Uilyanmsın İsraildə konsert proqramı ilə çıxış etməsı etirazla qarşılanıb.

ANS PRESS-in məlumatına görə, gələn ay Təl-Əvivdə konseti planlaşdırılan Robbi Uilyamsa Londonda etiraz aksiyası keçirilərək onun bu addımından daşınması tələb edilib.

Etirazçıların fikrincə, Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) xoşməramlı səfiri olan müğənninin İsraildə konsert verməsi aparteiidi dəstəkləmək mənasını verir.

“Uilyams UNICEF tərəfindən həyata keçirilən uşaqları zorakılıq, xəstəlik, aclıq və müharibə vəziyyətindən qorumaq məqsədli “Təhlükəli uşaqlar” kampaniyasını dəstəklədiyi üçün ya İsrail səfərini ləğv etməli, ya da ona verilən bu vəzifədən imtina etməlidir”, – deyə etirazçılardan biri bildirib.

Qeyd edək ki, Uilyamsın konsertini ləğv etməsi ilə bağlı başlanan imza kampaniyasına 5 min nəfər qatılıb.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=336519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR