Polşada yerləşən Müsəlman Mədəniyyəti Mərkəzini darmadağın ediblər.

Publika.az xəbər verir ki, ölkənin paytaxtı Varşavada yerləşən mərkəz gecə saatlarında naməlum şəxslər tərəfindən daşlanıb, mərkəzin içərisində olan avadanlıqlar sıradan çıxarılıb.

Baş verən hadisənin hansı səbəblə törədildiyi məlum deyil. Hələlik polisin əlində təhlükəsizlik kameralarında olan görüntülər var.

İlkin məlumatlara görə, hücum edən şəxslər bir neçə nəfərdən ibarət dəstə olub. Hazərda yaxınlıqda yaşayan sakinlərin ifadələri alınır.

Müsəlman Mədəniyyəti Mərkəzinin nümayəndələri əvvəllər də dəfələrlə təhdidlərə məruz qaldıqları barədə polisə məlumat verdiklərini qeyd ediblər.

Könül Cəfərli