ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı müğənni Üzeyir Mehdizadə olub.

Publika.az xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən ifaçı proqramın aparıcısı Elgiz Əkbərin ona ünvanladığı “Sən nə zaman evlənəcəksən, Üzeyir? Qız namizəd var?” sualını da cavabsız qoymayıb: O, bildirib ki, artıq bu barədə götür-qoy edir:

“İnşallah, görək də. Ağsaqqal bir başa toy eləmək haqqında fikirləşir. Sağlıq olsun”.

Daha sonra atasından da söz açan sənətçi, onunla fikirlərinin üst-üstə düşdüyünü bildirib:

“28 yaşım var. Mənim də təbii ki, ürəyim istəyir . Maşallah olsun, atamla ortaq məxrəcə gələ bilirik”.

Üzeyir Mehdizadə evlənir: “28 yaşım var, ürəyim istəyir” – VİDEO/FOTO

Pərviz Hüseyn