Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları keçiriləcək.

Milli.Az report" xəbər verir ki, bütün 1/4 finalçılar Premyer Liqa klubları ilə I divizion təmsilçilərinin duellərindən sonra müəyyənləşəcək.

Altı matçdan dördü Bakıda, biri Qəbələdə, biri isə Sumqayıtda baş tutacaq.
Qeyd edək ki, noyabrın 28-də keçirilən qarşılaşmalardan sonra "Qarabağ" və "Neftçi" komandaları 1/4 finala adlayıblar.

Azərbaycan Kuboku
1/8 final

29 noyabr (çərşənbə)

13:30. MOİK - "Keşlə"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Habil Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Şahin Cəfərov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

13:30. "Kəpəz" - "Binə"
Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Akif Əmirəli, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
"Dalğa Arena"

13:30. "Şüvəlan" - "Səbail"
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Füzuli Nəcəfov
"AZAL Arena"

14:00. "Qəbələ" - "Mil-Muğan"
Hakimlər: Ziya Nəsirov, Cavanşir Yusifov, Elman Kərimov, Kərim Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu

16:00. "Zirə" - "Xəzər"
Hakimlər: Orxan Məmmədov, Roman Vasilyev, Məmmədəli Kərimov, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu

16:00. "Sumqayıt" - "Sabah"
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Elşən Acalov, Alik Yunusov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
"Kapital Bank Arena"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində