Pakistanın paytaxtı İslamabadda ölümlə nəticələnən silahlı insident baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir neçə naməlum motosikletçi məscidin qarşısında insanlara atəş açıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 4-ü xəsarət alıb.

"Daily Pakistan" qəzetinin xəbərinə görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşı olduğu bildirilir.

Milli.Az