Play Store

Emin Sabitoğlunun 80 illik yubileyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

İdarədən Metbuat.az-a verilən məlumata görə, tədbirdə Xalq artisti Fidan Hacıyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları, musiqişünas Şəfaqət Məmmədova və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Mədəniyyət Sarayının direktoru Leyla Ramazanlı çıxış edərək bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığından bəhs edib.

Sonra bəstəkarın musiqilərindən hazırlanmış video çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində xalq artisti Fidan Hacıyeva və onun rəhbərlik etdiyi “Karmen” qrupu, əməkdar artist Zaur Əmiraslanov, tanınmış müğənnilər Rahidə Baxışova, Rasim Mustafazadə, Mirəli Cavadov, Elşən Osmanov bəstəkarın mahnılarını ifa ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR