Kişi voleybolçular arasında dünya çempionatının püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İtaliyanın Florensiya şəhərində baş tutan mərasimdə 24 komanda 4 qrupa bölünüb.

Ev sahiblərindən İtaliya A, Bolqarıstan D qrupunda yer alıb. Püşkün nəticəsi belədi:

A qrupu (Roma və Florensiya, İtaliya): İtaliya, Argentina, Yaponiya, Belçika, Sloveniya, Dominikan Respublikası
B qrupu (Ruse, Bolqarıstan): Braziliya, Kanada, Fransa, Misir, Çin, Hollandiya
C qrupu (Bari, İtaliya): ABŞ, Rusiya, Serbiya, Avstraliya, Tunis, Kamerun
D qrupu (Varna, Bolqarıstan): Bolqarıstan, Polşa, İran, Kuba, Finlandiya, Puerto-Riko

Qeyd edək ki, mundial gələn il sentyabrın 10-30-da olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində