Bakı. 1 dekabr. REPORT.AZ/ "Beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.
"Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk andan etibarən onun təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində çağırışla üzləşib. Ərazisinin 1/5 hissəsinin işğalından, yüzminlərlə vətəndaşının məcburi köçürülməsindən uzun müddətdir əziyyət çəkən ölkə kimi Azərbaycan sülh, təhlükəsizlik və sabitliyin dəyərini tan mənadə dərk edir.
20 ildən çoxdur Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonumuzu işğal edib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın bəzi digər bölgələrində azərbaycanlılaa qarşı etnik təmizləmə siyasəti aparıb", - Prezident vurğulayıb.
"Status-kvo dəyişdirilməlidir. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır", - deyə Prezident bildirib.