Səyahətçilər hava səyahətlərinin logistikasına - onun sürəti, komfortu və iqtisadi cəhətdən özünü doğrultmasına getdikcə daha da çox diqqət ayırmağa başlayıb. Burada əsas rolu şəhərlər, ölkələr və qitələr arasında özünəməxsus körpü qismində çıxış edən qovşaq hava limanları oynayır. Görünür ki, birbaşa uçuşlar ilə müqayisədə tranzit sərnişinlərə səyahətlər üçün daha geniş təkliflər spektri, aviabiletlərin daha rəqabətli, aşağı tariflərini, reyslər cədvəlinin dəyişkənliyini, səyahəti müddətinə görə daha optimal uçuşlar üzrə bölmək və marşrutu coğrafi məqsədəuyğunluq nöqteyi-nəzərindən optimallaşdırmaq imkanını verir.

"Ukrayna Hava Yolları" 10 ərzində "Borispol" Kiyev Beynəlxalq Hava Limanında Şimal və Cənub, Şərq və Qərb xəttlərini birləşdirərək, aviadaşınmaların hab modelini müvəffəqiyyətlə həyata keçirir. UHY böyük sərnişin axınlarına onlar üçün rahat dil mühitində xidmət göstərir, rahat cədvəllə təmin edir, diversifikasiya olunmuş servis və çevik qiymət siyasəti təklif edir.

Azərbaycanda UHY müştərilərinin spektri demək olar ki, hədsizdir: aviaşirkət Avropa, Asiya, Amerika, Afrika və Yaxın Şərqdə yerləşən 38 ölkəyə birbaşa müntəzəm reyslər həyata keçirir , eləcə də dünyanın 3 mindən artıq şəhərlərində tərəfdaş aviaşirkətlərinin marşrutları ilə transferləri təmin edir.

Uçuşların cədvəlinin tərtibi zaman UHY komandası hər zaman bütün səyyahlar kateqoriyasının maraqlarını nəzərə alır. Uzun magistral menüda dinamik Nyu-York şəhəri ilə Amerika, möhtəşəm Pekin, koloritli Banqkok və ekzotik Kolombo ilə Asiya yer alıb. Yeri gəlmişkən, yerli operatorlarla tərəfdaşlıq müqavilələri sayəsində sərnişinlər öz uçuşlarını bir qədər də şərqə - Şanxay, Quançjou, Honkonq, Sanyu, Quylin, Lxasu, Uxan, Naqoyu, Osaka, Busan və Seul şəhərlərinə də davam etdirə biləcəklər. Bundan başqa, yaydan UHY Dehliyə də uçuşlar təşkil edəcək...

Avropa istirahətinin pərəstişkarlarına isə bir qədər çətin olacaq - seçim çox böyükdür. İtaliya və İspaniya, Almaniya və Fransa, Çexiya və İsveçrə, Yunanıstan, Kipr və Portuqaliya, eləcə də daha sərin və bir o qədər də maraqlı olan Niderland və Belçika, İsveç və Böyük Britaniya. Yayda UHY marşrutlarının xəritəsində öz gözəl paytaxtı Budapeşt ilə Macarıstanda yerini aldı.

Coğrafiyanın genişləndirilməsi ilə yanaşı UHY donanmanın yenilənməsi üzərində də çalışır. Belə ki, bu gün daşıyıcının parkında müxtəlif modifikasiyada 42 müasir avialayner var: 4 ədəd Boeing 767-300ER, orta hesabla 9 il yaşı olan 25 ədəd Boeing-737 NG, 7 ədəd Boeing-737, 1 ədəd yük Boeing 737-300SF və 5 ədəd Embraer-190. 2018-ci ildə aviaşirkət Boeing 777 təyyarələrinin bir yeni tipini istismar etməyə başlayacaq. Bu deməkdir ki, uzaq məsafələrə səyahətlər daha da rahat və xoş olacaq.

Ortamüddətli perspektivdə - 2021-ci ilə qədər - aviaşirkət donanmanı böyütməyi və yeniləməyi, marşrut şəbəkəsinin şərq və cənub-şərq vektorlarının yeni marşrutlarını açmağı, artıq istifadə olunmuş istiqamətlər üzrə uçuşların tezlik göstəricisini artırmağı və Ukraynanın şəhərlərində regional habları fəal inkişaf etdirməyi planlaşdırır. Lakin UHY-nın beybnəlxalq müştərilərini çox da sevindirəcək amil - transfer şərq-qərb xəttlərinin sayının ikidən dördə qədər artırılması olacaqdır. Bu, Kiyev üzərindən tranzit uçuşlarını stimullaşdırmağa və səyahət edənlərə optimal qiymət - keyfiyyət nisbəti ilə unikal aviasiya məhsullarını təklif etməyə imkan verəcəkdir.

UHY reyslərinə biletləri www.flyuia.com saytında və ya şirkətin Bakıdakı ofisində (İzmir küç., 8, Hyatt Regency Baku, Tower II; tel: +994 12 490 75 77; elektron ünvan office@deltagroup.az) əldə etmək olar.