"Report" ADY-yə istinadən xəbər verir ki, bu sınaqlar zamanı müxtəlif çəkili qatarlar 6 dəfə ( hər dəfə çəkisi artırılmaqla) Marabdadan Axalkalakiyə göndərilib. Bu proseslərdə qatarın hərəkətinin 32 parametri (dinamik xüsusiyyəti, sürəti, əyləc kolotkalarının qızması və s.) yoxlanılıb. Sınaqlar zamanı Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları (maşinist-təlimatçılar, maşinistlər) fəal iştirak ediblər.
Sınaqlardan sonra keçirilən müşavirədə nəticələr müzakirə olunub və Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları ADY-nin rəhbərliyi adından müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yük daşımaları Departamentinin yük və vaqon şöbələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə mükafatları Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov təqdim edib.
Qeyd edək ki, bu sınaqlar gələcəkdə qatarların təhlükəsiz hərəkətinin və yük həcminin etibarlı təşkilinə hesablanıb.



