Bakı. 8 dekabr. REPORT.AZ/ "İlk növbədə Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənədlərin qəbuluna baçlanacaq. Bilirsiniz ki, qanunvericiliyə edilən dəyişikliklə fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kolegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov deyib.
"Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq. Digər hədəf isə regionlarda hüquqi yardım işini təkmilləşdirməkdi. Məlum olduğu kimi, regionlarda vəkillərin sayı azdır. Biz bunun həlli yollarını tapmalıyıq. Ödənişsiz hüquqi yardımla bağlı da problemlər var".