"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar iclasının yekununda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ATƏT-in şəxsi nümayəndəsi Qarabağda müşahidə missiyasının genişləndirilməsi üzrə parametrləri razılaşdırır.