"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Andjey Duda Varşavada Prezident Sarayında keçirilən rəsmi mərasim zamanı B.Şidloya baş nazirin və Nazirlər Kabinetinin istefasının qəbul edilməsinə dair aktı təqdim edib.
Eyni zamanda, o, B.Şidloya yeni Nazirlər Kabineti yaradılana qədər hökumətə rəhbərlik etməyi tapşırıb.
Bundan başqa prezidenti Duda baş nazirin müavini Mateuş Moravetskinin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb və ona Nazirlər Kabinetini formalaşdırmağı həvalə edib.
Dekabrın 7-si axşam Beata Şidlo hakim "Hüquq və Ədalət" partiyasının Siyasi Komitəsinə istefasına dair müraciət edib. Komitə onun istefasını qəbul edib və baş nazirin müavini, maliyyə və inkişaf naziri Mateuş Moravetskini baş nazir postuna namizəd seçib.
Səsvermə dekabrın 12-də keçiriləcək.