Bərdə. 9 dekabr. REPORT.AZ/ Bərdə rayonunda 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini oğurlayan şəxs tutulub.
Bərdə Rayon Polis Şöbəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, hadisə yerindən qaçan şəxsin Bərdə rayon sakini, 1989-ci il təvəllüdlü Orxan Rafiq oğlu Kazımov olduğu müəyyən edilib.
O, törətdiyi hadisədən sonra qaçıb gizlənməyə çalışsa da, polis əməkdaşları tərəfindən tapılaraq istintaqa cəlb edilib. Qaçırılan avtomobil də aşkar edilərək sahibinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

*** 22:55
Bərdə. 8 dekabr. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Xasay Mehman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X.Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.
Qeyd edək ki, hadisədən sonra onun avtomobili də qaçırılıb.
Faktla bağlı araşdırma aparılır.